...

Azərbaycanda əhalinin sayı 9 294,4 min nəfərə çatıb

Cəmiyyət Materials 14 Avqust 2012 17:44 (UTC +04:00)
Bu il iyulun 1-nə olan məlumata əsasən, Azərbaycanda əhalinin sayı 9 294,4 min nəfərə çatıb.
Azərbaycanda əhalinin sayı 9 294,4 min nəfərə çatıb

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir İ.İsabalayeva/

Bu il iyulun 1-nə olan məlumata əsasən, Azərbaycanda əhalinin sayı 9 294,4 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bu müddətdə təbii artım 58 364 nəfər olub. Hesabat dövründə 86405 nəfər doğulub, 28 041 nəfər ölüb.

Bakıda əhalinin sayı 2 137,2 min nəfərdir.

İyulun 1-nə olan məlumata görə, Azərbaycanda bu il 40371 nikah, 5343 boşanma qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti