...

Bu il heyvan dişləmələrinin 30 faizə yaxını Bakıda qeydə alınıb

Cəmiyyət Materials 15 Avqust 2012 14:36 (UTC +04:00)
Bu ilin ilk 6 ayı ərzində Azərbaycanda 9270 nəfəri heyvan dişləyib.
Bu il heyvan dişləmələrinin 30 faizə yaxını Bakıda qeydə alınıb

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin ilk 6 ayı ərzində Azərbaycanda 9270 nəfəri heyvan dişləyib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, həmin şəxslərin 7920-si it dişləməsinə məruz qalıb. Dişləmələrin 734-ü pişiklər, 448-i siçovullar, 168-i digər heyvanlar tərəfindən törədilib.

Heyvan dişləmələrinin 2658-i Bakıda qeydə alınıb. Paytaxtdakı insanların 2084-ü it dişləməsinə (1479-u məlum, 605-i naməlum) məruz qalıb. Paytaxtdakı heyvan dişləmələrinin 324-ü pişiklər, 196-sı siçovullar, 54-ü isə digər heyvanlar tərəfindən törədilib.

Qeyd edək ki, bu il ərzində Azərbaycanda 8 nəfər it dişləməsi nəticəsində quduzluq xəstəliyinə yoluxduğu üçün dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti