...

Ukraynada yaşayan azərbaycanlılar üçün hüquqi yardım mərkəzi yaradılacaq

Cəmiyyət Materials 28 Avqust 2012 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir M.Əliyev/

Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) nəzdində hüquqi mərkəz yaradılacaq. Bu barədə çərşənbə axşamı Trend-ə qurumun yeni seçilən sədri Rövşən Tağıyev məlumat verib.

Onun sözlərinə görə, Ukraynada yaşayan azərbaycanlıların daha çox rastlaşdığı problemlər sənədləşdirmə, qeydiyyat məsələləri ilə bağlı olur.

"Bir çox hallarda bu problemlər həmvətənlərimizin qanunu bilməməsi ilə əlaqədar olur. Konqresin nəzdində yaradılacaq mərkəz hüququ yardım göstərməkdə kömək edəcək", - Tağıyev bildirib.

Sədr deyib ki, həmin mərkəzdə işləmək üçün Ukraynada yaşayan və peşəkar mütəxəsis olan azərbaycanlı hüquqşünasların cəlb olunması nəzərdə tutulur.

"Ukrayna kifayət qədər tolerant ölkədir və MDB-nin bəzi əraziləri ilə müqayisədə qafqazlıların sıxışdırılması faktları çox azdır. Lakin sənədlər düzgün olmayanda hüquq-mühafizə orqanları ilə problemlər yaşanır", - o deyib.

Tağıyev, həmçinin, Ukraynada yaşayan azərbaycanlıların əsas problemi kimi Azərbaycana olan aviabiletlərin bahalı olmasını qeyd edib. Onun sözlərinə görə, bu məsələ bu yaxınlarda Bodrum şəhərində "Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər" mövzusunda keçirilən forumda da qaldırılıb.

Qeyd edək ki, Rövşən Surxay oğlu Tağıyev Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Konqresinin 18 vilayət təşkilatından UAK-ın nizamnaməsinə uyqun olaraq 80-ə yaxın mandatlı nümayəndənin iştirakı ilə keçirilən növbədənkənar seçki konfransında qurumun yeni sədri seçilib.

Xəbər lenti

Xəbər lenti