...

Azərbaycanda payızın ilk ayının hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 31 Avqust 2012 13:21 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabr ayına olan hava proqnozunu açıqlayıb.
Azərbaycanda payızın ilk ayının hava proqnozu açıqlanıb

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabr ayına olan hava proqnozunu açıqlayıb.

Nazirlikdən cümə günü Trend-ə verilən məlumata görə, sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Yağıntıların respublika ərazisində ay ərzində qeyri-bərabər paylanması proqnozlaşdırılır. Aylıq yağıntının respublika üzrə miqdarı əksər rayonlarda iqlim normasına yaxın olacaq.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 15-20, gündüzlər 24-29 dərəcə isti təşkil edəcək, bəzi günlərdə temperatur 33 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 7-23 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr 14-19, ayın sonunda 10-14, gündüzlər 23-28 dərəcə isti təşkil edəcək, bəzi günlərdə 30-34 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 7-13 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 14-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 9-14, gündüzlər 15-20, bəzi günlərdə 23-26 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-50 mm) olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında orta aylıq temperaturun 20-22 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 14-19, gündüzlər 22-27 dərəcə isti olacaq, bəzi günlərdə 29-33 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-44 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 10-15, gündüzlər 20-25, bəzi günlərdə 27-30 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 33-120 mm) olacağı gözlənilir.

Mərkəzi Aran - Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr 15-20, gündüzlər 25-30 dərəcə isti olacaq, bəzi günlərdə 32-35 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-38 mm) olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında orta aylıq temperaturun 20-22, dağlarda 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 15-19, gündüzlər 23-28 dərəcə isti təşkil edəcək, bəzi günlərdə 29-32 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 50-199 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti