...

Azərbaycanda yolsuzluq avtomobillərinin "Cip Trial 2012" yarışı keçiriləcək

Cəmiyyət Materials 3 Sentyabr 2012 16:52 (UTC +04:00)
Sentyabrın 23-də Bakı ətrafında yolsuzluq avtomobillərinin "Payız Cip Trial 2012" yarışı keçiriləcək. Bu barədə Trend-ə yarışın təşkilatçıları olan "CLUB 4X4" idman avtomobili klubundan bildiriblər.
Azərbaycanda yolsuzluq avtomobillərinin "Cip Trial 2012" yarışı keçiriləcək

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir V.İmanov/

Sentyabrın 23-də Bakı ətrafında yolsuzluq avtomobillərinin "Payız Cip Trial 2012" yarışı keçiriləcək. Bu barədə Trend-ə yarışın təşkilatçıları olan "CLUB 4X4" idman avtomobili klubundan bildiriblər.

"Cip Trial" dərə-təpəli ərazilərdə yerləşən və süni və ya təbii maneələrlə bağlanan şosedə keçirilən avtomobil yarışıdır.

Yarışın məqsədi ayrılmış vaxtı keçmədən minimum zamanda şosedə işarə edilmiş istiqamət qapılarından keçməkdir.

İştirakçılar müəyyən ardıcıllıqla bütün qapıları keçməlidirlər. Pozuntuya və ya qapının dağıdılmasına görə cərimə xalları və ya diskvalifikasiya təyin edilir.

Yarışlar üç əsas kateqoriya üzrə keçiriləcək:

1."Standart" kateqoriyası (konstruksiyasında heç bir dəyişiklik edilməyən avtomobillər)
2. "Mürəkkəb" kateqoriyası (yarışın reqlamentinə əsasən, konstruksiyasında icazə verilən dəyişikliklər edilmiş avtomobillər)
3. "Peşəkar" kateqoriyası (konstruksiyasında istənilən dəyişiklik edilmiş avtomobillər)

"CLUB 4X4" yolsuzluq üzrə idman yürüşlərinin bütün həvəskar və peşəkarlarını özündə birləşdirən, idman yarışlarının keçirilməsi və təşkilində böyük təcrübəsi olan, beynəlxalq yarışlarda dəfələrlə iştirak etmiş idman avtomobil klubudur.

Yarışda iştirak şərtləri və bu yarışlara qatılmaq istəyən avtomobillərə və ekipaja qarşı irəli sürülən texniki tələblər haqqında ətraflı məlumatı təşkilatçıların saytından (www.club4x4.az) əldə etmək mümkündür.

Trend və Day.Az yarışın informasiya dəstəkçiləridir.

Xəbər lenti

Xəbər lenti