...

Azərbaycanda turizm sahəsində bu il 7 faizlik artım qeydə alınıb

Cəmiyyət Materials 6 Sentyabr 2012 10:12 (UTC +04:00)
Bu ilin birinci yarısının statistik məlumatlarına əsasən, Azərbaycanda turizm sahəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faizlik artım qeydə alınıb.
Azərbaycanda turizm sahəsində bu il 7 faizlik artım qeydə alınıb

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir M.Əliyev/

Bu ilin birinci yarısının statistik məlumatlarına əsasən, Azərbaycanda turizm sahəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faizlik artım qeydə alınıb. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

"Bu, o deməkdir ki, Azərbaycanın turizm sənayesi 7 faizlik artıma nail ola bilib. Azərbaycanda keçirilən çoxsaylı tədbirlər, yeni açılan mehmanxanalar iqtisadiyyatın bu istiqamətinin daha da geniş şəkildə inkişaf etməsinə təkan verəcək", - Qarayev deyib.

Nazir qeyd edib ki, xidmət səviyyəsində də inkişaf var və Bakıda öz işinə başlayan "İpək yolu tamı: Kulinariya, Mədəniyyət və Turizm" adlı beynəlxalq konfrans Azərbaycanda mətbəx, kulinariya xidmətlərinin keyfiyyətinin artırılmasına təkan verəcək.

Xəbər lenti

Xəbər lenti