...

Ötən ay Azərbaycan sərhədini 75 nəfər pozub

Cəmiyyət Materials 6 Sentyabr 2012 15:53 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, onlardan 57 nəfəri Azərbaycan vətəndaşıdır.
Ötən ay Azərbaycan sərhədini 75 nəfər pozub

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Ötən ay Azərbaycanın dövlət sərhədlərini pozduqları üçün 47 halda 75 nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, onlardan 57 nəfəri Azərbaycan vətəndaşıdır.

Dövlət sərhədlərini pozduğu üçün ötən ay sərhədçilər tərəfindən saxlanılan əcnəbilərdən üç nəfəri Rusiya, 3 nəfəri Özbəkistan, 3 nəfəri Moldova, 2 nəfəri Gürcüstan, 2 nəfəri Nigeriya, hər ölkədən 1 nəfər olmaqla Türkiyə, İran, Qırğızıstan, Somali vətəndaşları, 1 nəfəri isə vətəndaşlığı olmayan şəxsdir.

Avqustda sərhəd rejim qaydalarını pozduğu üçün 25 halda 52 nəfər saxlanılıb.

Axtarışda olan 190 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.

Avqustda sərhədçilər tərəfindən qanunsuz dövriyyədən 122 kiloqram 432,1 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Sərhədçilər 61 halda ümumi dəyəri 410 min manat olan qaçaqmal saxlayıblar.

Qaçaqmal arasında odlu silah, mobil telefon, dərman preparatları, siqaret, spirtli içki, ərzaq, sənaye və kənd təsərrüfatı malları olub.

Xəbər lenti

Xəbər lenti