...

“Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri Beynəlxalq gənclər forumunda iştirak edib (FOTO)

Cəmiyyət Materials 7 Sentyabr 2012 02:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

"Qan Donorları Assosiasiyası" İctimai Birliyinin sədri Fuad Əsgərov 25-29 Avqust tarixlərində EYTC Konfransında iştirak edib.

"Qan Donorları Assosiasiyasının" mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfransın mövzusu Avropa ölkələrində gənc donorların fəaliyyətinin təşkili və Avropanın donor təşkilatları arasında yeni əməkdaşlıq istiqamətlərinin müzakirəsi olub. Eyni zamanda konfrans müddətində "Avropa gənclər təşkilatların fəaliyyəti" adlı kitabın hazırlanması ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra birliyin sədri 30 Avqust-4 Sentyabr tarixlərində Reykavik şəhərində keçirilmiş IYC beynəlxalq gənclər forumuna qatılıb. "Gənclər təşkilatları: struktur, infrastruktur və fəaliyyətin genişləndirilməsi" mövzusunda baş tutmuş forumda dünyanın 20 ölkəsindən 60 nəfər gənclər təşkilatı rəhbərləri və eyni zamanda qan donorluğu sahəsində fəaliyyəti ölan fəal könüllülər iştirak edib. Forum çərçivəsində İslandiya Prezidenti Olafur Ragnar Grimsson gənclərlə görüşüb. Eyni zamanda forum iştirakçıları İslandiyanın bir sıra dövlət və özəl qurumların nümayəndələri ilə görüşlər keçiriblər.

Forumun əsas məqsədi yeniləşən mühitdə gənclər təşkilatlarının fəaliyyətlərinin genişləndirilməsi istiqamətlərinin, yeni yanaşma nəzəriyyələrinin və eyni zamanda cəmiyyətdə gənc qan donorları təşkilatlarının rolunun artırılması yollarının müzakirəsi olub.

Forumda eyni zamanda Qan Donorları Assosiasiyasının gənclər sahəsində portniyoru "İrəli" İctimai Birliyin sədri Rauf Mərdiyevdə iştirak etmişdir.

Xəbər lenti

Xəbər lenti