...

Azyaşlı məhkumlar Azərbaycan-İsrail oyununu izləyiblər

Cəmiyyət Materials 8 Sentyabr 2012 13:02 (UTC +04:00)
Penitensiar Xidmətin Tərbiyə müəssisəsində tərbiyə olunan yeniyetmələr Sitkov Elman Eldar oğlu və Məmmədzadə Amid Rafiq oğlu barələrində həvəsləndirmə tədbiri tətbiq olunaraq, DÇ 2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan və İsrail yığma komandalarının oyununu izləyiblər.
Azyaşlı məhkumlar Azərbaycan-İsrail oyununu izləyiblər

Azərbaycan, Bakı, 8 sentyabr /Trend müxbir M.Əliyev/

Penitensiar Xidmətin Tərbiyə müəssisəsində tərbiyə olunan yeniyetmələr Sitkov Elman Eldar oğlu və Məmmədzadə Amid Rafiq oğlu barələrində həvəsləndirmə tədbiri tətbiq olunaraq, DÇ 2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan və İsrail yığma komandalarının oyununu izləyiblər.

Trend-in PX-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Penitensiar Xidmətin Tərbiyə müəssisəsində tərbiyə alan yeniyetmələrlə bağlı qəbul olunan ilk belə tədbir ədliyyə naziri Fikrət Məmmədovun göstərişi və Milli Olimpiya Komitəsinin dəstəyi ilə həyata keçirilib.

Qeyd edək ki, Cəza İcra Məcəlləsinə əlavə edilmiş yeni 124-1.1-ci maddəyə əsasən Tərbiyə müəssisəsində nümunəvi davranışa, əməyə və təhsilə vicdanlı münasibətə, özfəaliyyət təşkilatlarında və tərbiyə tədbirlərində fəal iştirakına görə yetkinlik yaşına çatmayan məhkumlara, müəssisə nümayəndəsinin müşayiəti ilə müəssisənin hüdudlarından kənarda idman, mədəni-kütləvi və digər tədbirlərə tamaşa etməyə icazə vermək növündə həvəsləndirmə tədbiri tətbiq edilə bilər.

Xatırladaq ki, Azərbaycan-İsrail oyunu dünən Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib və 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Xəbər lenti

Xəbər lenti