...

Azərbaycan sinoptiklərindən xəbərdarlıq

Cəmiyyət Materials 9 Sentyabr 2012 20:10 (UTC +04:00)
Azərbaycan sinoptikləri hava şəraitinin pisləşəcəyi ilə bağlı xəbərdarlıq yayıb.
Azərbaycan sinoptiklərindən xəbərdarlıq

Azərbaycan, Bakı, 9 sentyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan sinoptikləri hava şəraitinin pisləşəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bazar günü Trend-ə verilən məlumata görə, Azərbaycanda sentyabrın 10-12-də hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, şimal küləyinin güclənəcəyi gözlənilir.

Bakı və Abşeron yarımadasında sentyabrın 10-da havanın buludlu olacağı, axşama doğru yağış yağacağı gözlənilir.

Bakıda gecə 18-20°, gündüz 22-24° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 762 millimetr civə sütununa yüksələcəkdir. Nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-65 faiz olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 23-24° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 10-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı ehtimalı var, qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 16-17, gündüz 19-24, dağlarda gecə 7-12, gündüz 13-17 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti