...

Azərbaycanın orta məktəblərində şagirdlərin köçürülməsinin qarşısını almaq üçün ciddi addımlar atılacaq

Cəmiyyət Materials 10 Sentyabr 2012 12:07 (UTC +04:00)
Azərbaycanın orta məktəblərində şagirdlərin bir məktəbdən digərinə köçürülməsinin qarşısını almaq üçün növbəti dərs ilində daha ciddi addımlar atmaq lazımdır. Trend-in məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov Bakının təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib
Azərbaycanın orta məktəblərində şagirdlərin köçürülməsinin qarşısını almaq üçün ciddi addımlar atılacaq

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın orta məktəblərində şagirdlərin bir məktəbdən digərinə köçürülməsinin qarşısını almaq üçün növbəti dərs ilində daha ciddi addımlar atmaq lazımdır. Trend-in məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov Bakının təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu il orta məktəblərin birinci sinfinə gedən şagirdlərin sayının 5046 nəfər artacağı proqnozlaşdırılır. Amma təəssüf ki, bunu 10-11-ci siniflərlə bağlı söyləmək mümkün deyil.

Nazir deyib ki, məktəblərdə yuxarı siniflərdə şagirdlərin məktəbdən-məktəbə keçməsi hallarının olması həm idarəetmədə, həm təhsilin keyfiyyətində, həm də statistik məlumatların toplanılmasında problemlər yaradır.

""Heç kəsə sirr deyil ki, 10-11-ci siniflərdə bir çox valideynlər yalandan guya uşağının məktəbini dəyişir, amma məktəbə qoymur. Müəllimləri evində repititorluğa cəlb edir, şagirdin adı bir məktəbdən çıxıb o biri məktəbə gedir və beləliklə çox ciddi problemlər yaradır",-Mərdanov deyib.

O bildirib ki, repititorluğun həm müsbət, həm mənfi tərəfləri var. Dünyanın hər yerində repititorluq olub və olacaq. Amma repititorluq təhsilin keyfiyyətinə təsir göstərməməlidir.

"Bizdə isə mən açıq etiraf edirəm ki, bu iş məktəbin və müəllimin, bütövlükdə təhsilin nüfuzuna təsir göstərir. Camaat içində belə bir fikir formalaşıb ki, repititor yanına getməyən adam nüfuzlu təhsilə malik ola bilməz",- nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti