...

Azərbaycanın zəlzələ bölgəsindəki 18 məktəbin şagirdləri müxtəlif müəssisələrdə dərsə gedəcəklər

Cəmiyyət Materials 12 Sentyabr 2012 13:02 (UTC +04:00)
Azərbaycanın Zaqatala rayonunda bu ilin mayında baş vermiş zəlzələ ilə əlaqədar qəzalı vəziyyətdə olan təxminən 18 məktəbin şagirdləri yeni tədris ilinin əvvəlində müxtəlif müəssisələrdə təhsil alacaqlar.
Azərbaycanın zəlzələ bölgəsindəki 18 məktəbin şagirdləri müxtəlif müəssisələrdə dərsə gedəcəklər

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın Zaqatala rayonunda bu ilin mayında baş vermiş zəlzələ ilə əlaqədar qəzalı vəziyyətdə olan təxminən 18 məktəbin şagirdləri yeni tədris ilinin əvvəlində müxtəlif müəssisələrdə təhsil alacaqlar. Bunu çərşənbə günü Trend-ə Zaqatala rayon Təhsil Şöbəsinin müdiri Habil Qurbanov deyib.

Onun sözlərinə görə, rayondakı bütün məktəblərdə dərslər sentyabrın 15-də başlayacaq və bununla bağlı heç bir problem yaranmayacaq. Amma qəzalı vəziyyətdə olan məktəblərin şagirdlərinə dərslər ya yaxınlıqdakı orta məktəbdə II növbədə, ya məktəblərinin əlavə korpuslarında 2 növbəli əsasla, ya da hər hansı bir inzibati binada keçiləcək. Artıq bununla bağlı müvafiq orqanlarla razılıq əldə edilib və yerlər müəyyənləşdirilib.

Qurbanov deyib ki, hazırda qəzalı vəziyyətdə olan məktəblərdə tikinti işləri aparılır. Bu işlərin oktyabrın əvvəlinədək yekunlaşması nəzərdə tutulur. Həmin məktəblər istifadəyə verildikdən sonra şagirdlər dərslərinə öz məktəblərində davam edəcəklər.

"Ola bilsin ki, bəzi məktəblər sentyabrın 23-dək, bəziləri sentyabrın 25-dək istifadəyə verilsin. Buna görə də, şagirdlərə bir neçə dərs başqa yerdə keçilə bilər. Amma bu problem də tez bir zamanda həll ediləcək. Artıq mövcud vəziyyətlə bağlı təhsil naziri Misir Mərdanovu da məlumatlandırmışam", - Rayon Təhsil Şöbəsinin müdiri əlavə edib.

Qeyd edək ki bu il mayın 7-də Zaqatalada 7 bal gücündə olmuşdu.

Xəbər lenti

Xəbər lenti