...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" ordeni təqdim edilib (FOTO)

Cəmiyyət Materials 12 Sentyabr 2012 21:11 (UTC +04:00)
Bu gün Həştərxan Dövlət Filarmoniyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" ordeninin təntənəli təqdimetmə mərasimi keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" ordeni təqdim edilib (FOTO)

Rusiya, Həştərxan, 12 sentyabr /Trend, xüsusi müxbir M.Əliyev/

Bu gün Həştərxan Dövlət Filarmoniyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" ordeninin təntənəli təqdimetmə mərasimi keçirilib.

Trend-in xüsusi müxbiri məlumat verir ki, mərasimdə çıxış edən Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin qeyd edib ki, həştərxanlıları Azərbaycan ilə Xəzər dənizi birləşdirir və məqsədimiz hər birimizi əhatə edən təbiəti qorumaqdır.

"Tarixən belə olub ki, həştərxanlılar həmişə Azərbaycan xalqına mehriban yanaşıblar. Buna görə də hazırda Rusiya və Azərbaycan arasında münasibətlərin inkişaf dinamikası sevindirir. Bugünkü tədbirlər - Dostluq körpüsü və uşaq şəhərciyinin açılışı, Müqəddəs Knyaz Vladimirin şərəfinə ucaldılacaq abidənin təməlqoyma mərasiminin keçirilməsi bunun təsdiqidir", - qubernator deyib.

O, Həştərxanda həyata keçirilən layihələrə, iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsinə yönəlmiş səylərə görə həştərxanlılar adından Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan dövlətinə və Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yüksək mükafata görə təşəkkür edib.

"Həştərxan gözəl şəhərdir, lakin burada daha çox insanlar xoşuma gəldi. Çünki sizin istiqanlılığınızı hiss etməmək mümkün deyil. Qarşıda hələ çox layihələrimiz olacaq", - Leyla Əliyeva bildirib.

Sonra Rusiya və Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təşkil edilib. Səhnəyə, həmçinin Azərbaycanın xalq artisti Polad Bülbüloğlu çıxıb, onun çıxışı sürəkli alqışlarla qarşılanıb.

Xəbər lenti

Xəbər lenti