...

TQDK sədri dərsliklərin monitorinqinin aparılması məqsədilə yeni yaradılan şöbəyə müdir təyin edib

Cəmiyyət Materials 14 Sentyabr 2012 12:08 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri (TQDK) dərsliklərin monitorinqinin aparılması məqsədilə yeni yaradılan şöbəyə müdir təyin edib.
TQDK sədri dərsliklərin monitorinqinin aparılması məqsədilə yeni yaradılan şöbəyə müdir təyin edib

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri (TQDK) dərsliklərin monitorinqinin aparılması məqsədilə yeni yaradılan şöbəyə müdir təyin edib.

Trend-in məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib ki, şöbənin müdiri vəzifəsinə TQDK-nın əməkdaşı Afiqə Batıyeva təyin olunub.

Abbaszadə bildirib ki, hazırda şöbənin əməkdaşları Qazaxıstanda keçirilən konfransda iştirak edirlər. Onlar konfransdan geri qayıtdıqdan sonra həmin şöbənin təqdimatı keçiriləcək.

TQDK sədri monitorinqi aparılacaq dərsliklərin hələlik onlara təqdim edilmədiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti