...

Azərbaycan Paris şəhərində keçirilən "Top Resa 2012" beynəlxalq turizm sərgisində iştirak edir

Cəmiyyət Materials 18 Sentyabr 2012 15:23 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi bu ilin sonuna kimi 4 beynəlxalq turizm sərgisində iştirak edəcək.
Azərbaycan Paris şəhərində keçirilən "Top Resa 2012" beynəlxalq turizm sərgisində iştirak edir

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Mədəniyyət və Turizm Nazirliyi bu gündən Fransanın Paris şəhərində keçirilən "Top Resa 2012" beynəlxalq turizm sərgisində iştirak edir.

Nazirliyin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, sentyabrın 21-də yekunlaşacaq tədbirdə respublikamızın turizm imkanlarını əks etdirən 71.25 kv.m sahədə lövhə quraşdırılıb, həmçinin lövhədə "Azərbaycan Hava Yolları" aviaşirkəti üçün xüsusi yer ayrılıb. Sərgiyə gələn ziyarətçi və iştirakçılara ingilis və fransız dillərində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları paylanacaqdır.

Məlumata görə, nazirlik bu ilin sonuna kimi 4 beynəlxalq turizm sərgisində iştirak edəcək.

Cari ilin 20-23 sentyabr tarixində Tokioda "JATA", 11-13 oktyabrda Kiyevdə "International Ukraine Travel Market", 5-8 noyabrda Londonda "WTM", 20-23 dekabrda Qahirədə "2nd Tourism Fair of the OIC Member States" beynəlxalq turizm sərgiləri keçiriləcək.

2009-cu ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq dördüncü dəfədir ki, "Top Resa" beynəlxalq turizm sərgisində iştirak edir. Ötən il adıçəkilən sərgidə ölkəmiz ilə yanaşı, 84 ölkədən 1150-ə yaxın şirkət iştirak edib.

Xəbər lenti

Xəbər lenti