...

"Neft, Qaz və Media" konfransının iştirakçılarının şərəfinə rəsmi ziyafət verilib

Cəmiyyət Materials 18 Sentyabr 2012 22:15 (UTC +04:00)
Bu gün Bakıda Beynəlxalq Mətbuat İnstitutu tərəfindən (BMİ) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə keçirilən "Neft, Qaz və Media" konfransının iştirakçılarının şərəfinə Gülüstan Sarayında rəsmi ziyafət verilib.
"Neft, Qaz və Media" konfransının iştirakçılarının şərəfinə rəsmi ziyafət verilib

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda Beynəlxalq Mətbuat İnstitutu tərəfindən (BMİ) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə keçirilən "Neft, Qaz və Media" konfransının iştirakçılarının şərəfinə Gülüstan Sarayında rəsmi ziyafət verilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov qonaqları Bakıda salamlamaqdan şad olduğunu bildirib.

Azərbaycanın Cənubi Qafqazda və keçmiş Sovet məkanında öz qonaqpərvərliyi, isti münasibəti ilə həmişə fəxr etdiyini diqqətə çatdıran Əli Həsənov iştirakçılara səmimi arzularını çatdırıb.

"Bir arzumu sizə çatdırmaq istəyirəm. Siz Azərbaycana jurnalist, mütəxəsis kimi daxil olmusunuz, istəyirəm ki, siz Azərbaycandan bizim dostlarımız kimi ayrılasınız. Sizin qəlbinizin kiçik bir guşəsini Azərbaycan xalqı və burada rastlaşdığınız insanlar tutsun və bu insanların sizə göstərdiyi ünsiyyət, münasibət, isti qonaqpərvərlik qoy sizin xatirənizdə kiçik bir yer qazansın", - Əli Həsənov deyib.

O, qonaqlara müraciət edərək qeyd edib ki, siz Azərbaycanda Avropa dəyərləri, inkişaf etmiş şəhər, inkişaf etmiş insanlar, kreativ gənclik, inkişaf etmiş sənaye və s. görəcəksiniz.
"Arzu edirəm ki, burada olduğunuz vaxtdan istifadə edib Azərbaycan insanı haqqında, Azərbaycan xalqı haqqında müəyyən təəsürat əldə edəsiniz", - Əli Həsənov vurğulayıb.

O tədbirin təşkilatçılarına, xüsusən də Beynəlxalq Mətbuat İnstitutunun icraçı direktoru xanım Alison Makkenzieyə öz təşəkkürlərini çatdırıb.

Xanım Alison Makkenzi də öz növbəsində tədbirin keçirilməsi üçün yüksək səviyyədə şərait yaratdığı üçün Azərbaycan dövlətinə öz minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti