...

Azərbaycanda Hacıqabul-Bəhramtəpə avtomobil yolunda 2 körpüdə son tamamlanma işləri gedir (FOTO)

Cəmiyyət Materials 21 Sentyabr 2012 11:07 (UTC +04:00)
Hacıqabul-Bəhramtəpə avtomobil yolunun tərkib hissəsi olan Bulaqlı-Bəhrəmtəpə hissəsində yenidən qurulmasına ötən ilin iyun ayından başlanılıb.
Azərbaycanda Hacıqabul-Bəhramtəpə avtomobil yolunda 2 körpüdə son tamamlanma işləri gedir (FOTO)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Hacıqabul-Bəhramtəpə avtomobil yolunun tərkib hissəsi olan Bulaqlı-Bəhrəmtəpə hissəsində yenidən qurulmasına ötən ilin iyun ayından başlanılıb.

Trend-in Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2-ci texniki dərəcəli, 2 hərəkət zolaqlı yolun uzunluğu 72 km təşkil edir. Bu layihə çərçivəsində 99 dairəvi, 5 düzbucaqlı boru, 8 körpü və 1 yerüstü piyada keçidi inşa olunacaq. Artıq 2 körpüdə son tamamlanma, 23 km hissədə torpaq işləri və digər sahələrdə asfalt-beton örtüyünün döşənməsi davam etdirilir.

2011-ci ilin iyul ayında başlanılan işlərin 2012-cü ildə başa çatdırılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti