...

Bakıda şossenin Sabunçu qovşağından Zabrat dairəsindək olan hissəsində yenidənqurma işləri başa çatıb (VİDEO)

Cəmiyyət Materials 24 Sentyabr 2012 13:34 (UTC +04:00)
Bakı şəhər şossesinin Sabunçu qovşağından Zabrat dairəsindək olan hissəsində yenidənqurma işləri başa çatıb.
Bakıda şossenin Sabunçu qovşağından Zabrat dairəsindək olan hissəsində yenidənqurma işləri başa çatıb (VİDEO)

Azərbaycan, Bakı, 24 sentyabr / Trend müxbir M.Əliyev/

Bakı şəhər şossesinin Sabunçu qovşağından Zabrat dairəsindək olan hissəsində yenidənqurma işləri başa çatıb. Trend-in məlumatına görə, bu barədə bazar günü "Azəryolservis" ASC-nin azeryol.az saytından bildirilib.

Uzunluğu 6,3 km olan yol 3 gediş - 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarətdir. Yol boyu zəruri olan ərazilərdə kommunikasiya xətləri dəyişdirilib, kommunikasiya quyularının beton örtükləri, baxış qapaqları yenisi ilə əvəzlənib, 3 laydan ibarət asfalt-beton örtük vurulub, xətlənmə işləri ilə yanaşı müxtəlif yol nişanı, o cümlədən istiqamət və məlumatverici lövhələr quraşdırılıb. Eyni zamanda, Zabrat dairəsindən Maştağa yolötürücüsünə qədər olan hissə də təmir olunub.

Qeyd edək ki, yolun əsaslı şəkildə yenidən qurulması Bakı şəhərinin Zabrat, Maştağa, Kürdəxanı, Pirşağı, Məhəmmədli qəsəbələrinin nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasına və şəhərin mərkəzinə gələn nəqliyyat vasitələrinin normal gedişinə şərait yaradıb.

Video Player
Xəbər lenti

Xəbər lenti