...

Bakıda yol hərəkəti qaydalarının öyrədilməsi məqsədilə şagirdlər arasında yarış keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Sentyabr 2012 15:08 (UTC +04:00)
Bakı Yol Polisi "Diqqət, uşaqlar!" təhlükəsizlik aylığı çərçivəsində Nəsimi rayonunda 42 saylı orta məktəbdə tədbir keçirib.
Bakıda yol hərəkəti qaydalarının öyrədilməsi məqsədilə şagirdlər arasında yarış keçirilib  (FOTO)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend müxbir K.Zərbalıyeva/

Bakı Yol Polisi "Diqqət, uşaqlar!" təhlükəsizlik aylığı çərçivəsində Nəsimi rayonunda 42 saylı orta məktəbdə tədbir keçirib.

Trend-in məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, 46 saylı Məktəbdənkənar tərbiyə işi mərkəzi və "Azərsun Holdinq"lə birgə keçirilən tədbirdə 250-dən artıq şagird, müəllim və valideyn iştirak edib.

Tədbiri giriş sözü ilə açan 42 saylı orta məktəbin direktoru Firəngiz Həmidova bildirib ki, bu qəbildən olan tədbirlərin mütəmadi keçirilməsi, uşaqlara yol hərəkəti qaydalarının təbliği vacibdir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov qeyd edib ki, tədbir orta məktəb şagirdləri arasında yol hərəkəti qaydalarının, yollarda təhlükəsiz davranış vərdişlərinin təbliği məqsədilə keçirilir.

O, bu il ərzində respublika ərazisində qeydə alınan yol qəzalarında 40-a yaxın uşağın öldüyünü, 80-dən artıq uşağın xəsarət aldığını bildirib.

46 saylı Məktəbdənkənar tərbiyə işi mərkəzinin şöbə müdiri Fəridə Süleymanova, "Azərsun Holdinq"in ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Fuad Həsənov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, uşaqlar arasında yol hərəkəti qaydalarının öyrədilməsinin vacibliyini vurğulayıblar.

Tədbirdə 42 və 46 saylı məktəblərin şagirdləri arasında yol hərəkəti qaydaları mövzusunda yarış keçirilib, 42 saylı orta məktəbin şagirdləri konsert proqramı ilə çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti