...

Sabahdan Azərbaycanda hava yenidən sərinləşəcək, leysan yağacaq (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 26 Sentyabr 2012 13:30 (UTC +04:00)
Sabah günün ikinci yarısından başlayaraq Azərbaycan ərazisində hava şəraiti yenidən dəyişəcək.
Sabahdan Azərbaycanda hava yenidən sərinləşəcək, leysan yağacaq (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabah günün ikinci yarısından başlayaraq Azərbaycan ərazisində hava şəraiti yenidən dəyişəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva isə çərşənbə günü Trend-ə deyib ki, Bakı və Abşeron yarımadasında sentyabrın 27-də axşama doğru şimal-qərb küləyi artacaq, küləyin sürəti arabir saniyədə 16-18 metrə çatacaq. Sentyabrın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, lakin axşam buludluluğun artacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Şimal-şərq küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 16-21, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 28-də isə havanın temperaturu bir qədər enəcək. həmin gün havanın temperaturu 21-25 dərəcə isti olacaq, külək davam edəcək, axşama doğru isə bir qədər mülayimləşəcək.

Azərbaycanın rayonlarında sentyabrın 27-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, günün ikinci yarısında isə şimal rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyinin sürəti saniyədə 5-10 metr olacaq, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Sentyabrın 27-də axşam, sentyabrın 28-də gecə və səhər saatlarında ayrı-ayrı rayonlarda leysan xarakterli yağışın intensiv olacağı ehtimalı var. Sentyabrın 29-da yağıntılar dayanacaq.

Yağışlarla əlaqədar dağ çaylarında sululuğun artacağı və qısa müddətli daşqınların keçəcəyi istisna olunmur.

Xəbər lenti

Xəbər lenti