...

Belarus Ali Təsərrüfat Məhkəməsi və Azərbaycan Ali Məhkəməsi əməkdaşlıq haqqında saziş imzalayıblar

Cəmiyyət Materials 27 Sentyabr 2012 17:08 (UTC +04:00)
Belarus Ali Təsərrüfat Məhkəməsinin sədri Viktor Kamenkov və Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev cümə axşamı bu iki məhkəmə orqanı arasında əməkdaşlıq haqqında saziş imzalayıblar.
Belarus Ali Təsərrüfat Məhkəməsi və Azərbaycan Ali Məhkəməsi əməkdaşlıq haqqında saziş imzalayıblar

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Belarus Ali Təsərrüfat Məhkəməsinin sədri Viktor Kamenkov və Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev cümə axşamı bu iki məhkəmə orqanı arasında əməkdaşlıq haqqında saziş imzalayıblar. Bu barədə Trend cümə axşamı BELTA agentliyinə istinadən məlumat verir.

Sənəd sentyabrın 27-də Minskdə açılan hüquqların məhkəmə müdafiəsi məsələləri üzrə II Beynəlxalq Məhkəmə İctimaiyyəti Forumu çərçivəsində imzalanıb.

Forum Belarusda iqtisadi məhkəmə hüququnun 90 illiyinə həsr olunub.

Xəbər lenti

Xəbər lenti