Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri olmuş Fuad Hüseynovun anasının qətlində təqsirli bilinən Natiq Hümbətova hökm oxunub.
Məhkəmədən Trend-ə verilən məlumata görə, ötən il fevralın 17-də saat 19:00 radələrində paytaxtın Binəqədi rayon sakini 74 yaşlı Elmira İsmayılovanı yaşadığı mənzildə amansızlıqla qətlə yetirən Natiq Hümbətov azadlıqdan məhrum edilib.
Natiq Hümbətov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.11 (quldurluq ilə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədilən quldurluq) maddələri ilə ittiham edilir.
Qeyd edək ki, İsmayılova BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri olmuş Fuad Hüseynovun anasıdır. BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyi 2008-ci ildə fəaliyyətini dayandırıb.