...

II Bakı Beynəlxalq Humanitar Forumunda qloballaşma proseslərinə metodoloji yanaşma müzakirə olunur

Cəmiyyət Materials 5 Oktyabr 2012 12:44 (UTC +04:00)
Azərbaycan regional təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.
II Bakı Beynəlxalq Humanitar Forumunda qloballaşma proseslərinə metodoloji yanaşma müzakirə olunur

Azərbaycan, Bakı, 5 oktyabr / Trend, müxbir A.Bədəlova/

Azərbaycan regional təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda Yaponiyanın keçmiş xarici işlər naziri Akiko Yamanako II Bakı Beynəlxalq Humanitar Forumunun "XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar" mövzusundakı bölmə iclasında çıxış edərkən bildirib.

O, qeyd edib ki, Azərbaycan regionun enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.

İclasda çıxış edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bildirib ki, bu gün Azərbaycanın rolu təkcə sosial, iqtisadi və humanitar baxımdan qiymətləndirilmir, bütün dünya Azərbaycana yüksək mənəvi dəyərlərə malik inkişaf etmiş ölkə kimi baxır.

"Bu baxımdan Bakı Humanitar Forumu çox böyük əhəmiyyət kəsb edir", - rektor deyib.

Xəbər lenti

Xəbər lenti