...

Bakıda bu gecədən güclü şimal küləyi əsəcək, temperatur 4-6 dərəcə enəcək

Cəmiyyət Materials 9 Oktyabr 2012 12:48 (UTC +04:00)
Oktyabrın 9-u axşam və 10-da Bakıda və Abşeron yarımadasında şimal küləyinin güclənməsi ilə əlaqədar temperatur rejimində dəyişiklik gözlənilir.
Bakıda bu gecədən güclü şimal küləyi əsəcək, temperatur 4-6 dərəcə enəcək

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Oktyabrın 9-u axşam və 10-da Bakıda və Abşeron yarımadasında şimal küləyinin güclənməsi ilə əlaqədar temperatur rejimində dəyişiklik gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ötən günlərlə müqayisədə temperatur 4-6 dərəcə aşağı enərək 19-24 dərəcə isti təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında oktyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 15-18, gündüz 19-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 10-da bəzi yerlərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti