...

AMEA Azərbaycanda seysmik rayonlaşdırma xəritəsinin hazırlanmasını vacib sayır

Cəmiyyət Materials 10 Oktyabr 2012 16:07 (UTC +04:00)
Azərbaycanda seysmik rayonlaşdırma xəritəsinin, seysmotektonik xəritənin, seysmik risk xəritəsinin hazırlanması vacibdir.
AMEA Azərbaycanda seysmik rayonlaşdırma xəritəsinin hazırlanmasını vacib sayır

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda seysmik rayonlaşdırma xəritəsinin, seysmotektonik xəritənin, seysmik risk xəritəsinin hazırlanması vacibdir. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ölkədə baş verən son seysmik proseslərlə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, ölkədə son zamanlar baş verən seysmik proseslər seysmik rayonlaşdırma xəritəsinin yenidən hazırlanmasını aktuallaşdırıb.

Baş direktorun sözlərinə görə, lakin bunun üçün müəyyən çətinliklər var. Bu xəritələrin hazırlanması üçün yenidən dərinlik qırılmalarını tədqiq etmək lazımdır.

"Bu məsələ qarşımıza qoyulub. Bu xəritələr bir neçə qurumun iştirakı ilə hazırlanmalıdır. Xüsusən Bakı seysmik baxımdan daha mürəkkəb quruluşa malikdir", - Yetirmişli deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti