...

Daxili Qoşunların giziri 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Cəmiyyət Materials 10 Oktyabr 2012 16:39 (UTC +04:00)
Bakı Hərbi Məhkəməsindən Trend-ə verilən məlumata görə, gizir Hikmət Əzizov 2011-ci ilin dekabrında tabeliyində olan əsgər, 2010-cu ildə Yevlax rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılmış Kənan Namazovu xidməti silahı ilə qətlə yetirməkdə ittiham olunur.
Daxili Qoşunların giziri 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Tabeliyində olan əsgəri qətlə yetirən Daxili Qoşunların giziri 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakı Hərbi Məhkəməsindən Trend-ə verilən məlumata görə, gizir Hikmət Əzizov 2011-ci ilin dekabrında tabeliyində olan əsgər, 2010-cu ildə Yevlax rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılmış Kənan Namazovu xidməti silahı ilə qətlə yetirməkdə ittiham olunur.

O, məhkəmədə ifadə verib və özünü cinayətdə təqsirli bilməyib. Bildirib ki, hadisə təsadüfən baş verib.

Əzizov Cinayət Məcəlləsinin 331.3-cü (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döymi və ya ona işgəncə vermə), 341.1-ci (Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) və 120.2.2-ci (qəsdən adam öldürmə) maddələri ilə ittiham olunub və məhkəmənin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti