...

"Victory Tour" ilk dəfə WTM London-da Azərbaycan üzrə kulinariya turlarını təqdim edəcək

Cəmiyyət Materials 11 Oktyabr 2012 11:00 (UTC +04:00)
"Victory Tour" şirkəti UNWTO mütəxəssisləri tərəfindən yüksək qiymət alan Azərbaycana kulinariya turunu Londonda sərgidə təqdim edəcək.
"Victory Tour" ilk dəfə WTM London-da Azərbaycan üzrə kulinariya turlarını təqdim edəcək

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

"Victory Tour" şirkəti UNWTO mütəxəssisləri tərəfindən yüksək qiymət alan Azərbaycana kulinariya turunu Londonda sərgidə təqdim edəcək.

Noyabrın 5-dən 8-dək Londonda Dünya Turizm Sərgisi - World Travel Market 2012 (WTM) keçiriləcək.

Turizm sənayəsinə həsr olunan bu mühüm tədbirdə müştəri və turizmdə müxtəlif istiqamət və sahələri təmsil edən şirkətlər iştirak edəcəklər.

WTM yeni tanışlıqlar, biznes görüşləri və gələcəkdə şirkətlərarası əməkdaşlıqların yaradılması üçün geniş imkanlar yaradır.

Azərbaycanın qabaqcıl turizm şirkəti "Victory Tour" tədbirdə Azərbaycanın tarixi və mədəniyyət abidələri, turizm obyektləri haqqında məlumatlarla bölüşəcək, Azərbaycan üzrə kulinariya turunu təqdim edəcək. Victory Tour-un mütəmadi keçirdiyi kulinariya turu BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) mütəxəssisləri, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm Assosiasiyası tərəfindən bir neçə müddət öncə Bakıda keçirilən "İpək Yolunun dadı: kulinariya, mədəniyyət və turizm" konfransında yüksək qiymətləndirilib.

"Victory Tour" 2010-cu ildən başlayaraq "Explore Azerbaijan" layihəsini müxtəlif sərgilərdə və www.exploreazerbaijan.com internet resursu vasitəsilə Azərbaycanın potensialını uğurla təbliğ edir, Azərbaycan üzrə müxtəlif turist marşrutları, hotellər və turistlərə lazım ola biləcək informasiyanı çatdırır.

"World Travel Market - turizm sahəsində fəaliyyət göstərən peşəkarlar arasında bilavasitə iş ortaqlığı qurmaq üçün böyük fürsətdir və bizim "Explore Azerbaijan" qismində bu sərgidə iştirakımız gələcəkdə daha geniş inkişafımızın platformasıdır", - Victory Tour-un marketinq üzrə meneceri Vüsalə Sərxanova deyib.

İştirakçılar WTM 2012 sərgisində ən maraqlı və nəzərəçarpan stendlərə görə müxtəlif hədiyyə və mükafatlara sahib olacaqlar. Sərginin ən şərəfli mükafatı "World Travel Market Pride of Agents Awards" bir il ərzində seçilən iştirakçıya veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti