...

Azərbaycan xarici QHT-lərin layihələrini maliyyələşdirmək istiqamətində ilk addımlarını atacaq (FOTO)

Cəmiyyət Materials 11 Oktyabr 2012 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Gələn ildən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası xarici QHT-lərin də layihələrini maliyyələşdirmək istiqamətində ilk addımlarını atacaq.

Şuradan Trend-ə verilən məlumata görə, bu barədə Şura sədri Azay Quliyev Bakıda Avropa Komissiyasının "Gənclər fəaliyyətdə proqramı" çərçivəsində keçirilən "Dəyişikliklər küləyi - sovetlər birliyinin süqutundan sonrakı 20 ildə Avropaya miqrasiya" beynəlxalq təlim kursunun iştirakçıları ilə görüşündə deyib.

Quliyev qeyd edib ki, burada məqsəd Azərbaycanla bağlı həqiqətlərin Avropa məkanına dürüst və təhrifsiz çatdırılması, habelə Azərbaycan QHT-lərinin beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq imkanlarını genişləndirməkdir.

Şura sədri Fransa, Çexiya, Böyük Britaniya, Niderland, Rusiya, Belarus, Türkiyə, Macarıstan, Ukrayna və başqa ölkələri təmsil edən gənclərə rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib.

Azərbaycan Tələbələr Birliyi və Gənclər üçün Təhsil Mərkəzinin dəvətilə ölkəmizdə olan avropalı gənclər təmsil etdikləri təşkilatların Şura ilə əməkdaşlıq niyyətlərini ifadə edərək gələcək fəaliyyətin qurulması və yönəldilməsilə bağlı öz fikirlərini bölüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti