Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Salyan rayonu, Babazanlı dağı ərazisində qədim yaşayış yeri və onlara müvafiq qəbirlər aşkarlayıb. Bu barədə Trend-ə Salyan rayon Ekspedisiyasının rəisi Arif Məmmədov məlumat verib.
O bildirib ki, ilkin hesablamalara görə, həm qəbir nümunələri, həm də yaşayış yeri antik və ilk orta əsrlər dövrünə aiddir.
Oktyabrın 18-dən sonra ərazidə arxeoloji tədqiqatların aparılmasına başlanacaq.