Azərbaycan, Bakı, 15 oktyabr / Trend müxbir M.Əliyev/
Azərbaycanın 2013-cü il üzrə dövlət büdcəsinin layihəsinə görə, gələn il dövlət büdcəsində müdafiə xərclərinə ümumi büdcə xərclərinin 13,6 faizi ayrılacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Maliyyə Nazirliyinin bazar ertəsi yaydığı məlumatda deyilir.
Azərbaycanın milli təhlükəsizliyi və müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün (xüsusi müdafiə təyinatlı layihələrin və tədbirlərin maliyyə təminatı ilə bağlı bölmələrə aid edilməyən xərclərdə nəzərdə tutulmuş vəsait də nəzərə alınmaqla) müdafiə xərclərinə 2013-cü il dövlət büdcəsi xərclərinin 13,6 faizi həcmində nəzərdə tutulub.
Azərbaycanın 2013-cü il və sonrakı üç il üzrə dövlət büdcəsinin layihəsinə görə, gələn il dövlət büdcəsinin gəlirləri 19,154 milyard manat, xərcləri 19,81 milyard manat təşkil edəcək.
Layihədə qeyd olunur ki, 2013-cü il üçün dövlət büdcəsində müdafiə xərcləri 1 528 582 manat təşkil edəcək. 2012-ci il üçün bu xərclər 1 407 milyon manat təşkil etmişdi.