Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Ombudsman Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının gözləmə yerinin müasir standartlara uyğunlaşdırılmasını tələb edir.
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, müvəkkilin tapşırığına əsasən, ombudsmanın Milli Preventiv Mexanizm qrupunun üzvləri Bakı Ağır Cinayətlər Məhkəməsinin gözləmə yerinin şəraitinin araşdırılması məqsədilə başçəkmə həyata keçiriblər.
Müvəkkil başçəkmənin nəticələri ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının gözləmə yerinin müasir tələblərə uyğunlaşdırılması təklifi ilə Ədliyyə Nazirliyinə müraciət edib.