...

Səhiyyə Nazirliyi Bakıdakı 109 saylı məktəbdə baş vermiş hadisə ilə əlaqədar rəsmi məlumat yayıb

Cəmiyyət Materials 19 Oktyabr 2012 14:26 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi bu gün səhər saatlarında Nizami rayonu ərazisindəki 109 saylı orta məktəbdə baş vermiş hadisə ilə əlaqədar rəsmi məlumat yayıb.
Səhiyyə Nazirliyi Bakıdakı 109 saylı məktəbdə baş vermiş hadisə ilə əlaqədar rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi bu gün səhər saatlarında Nizami rayonu ərazisindəki 109 saylı orta məktəbdə baş vermiş hadisə ilə əlaqədar rəsmi məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, şagirdlərin ehtiyatsızlığı səbəbindən fişəngin partlaması nəticəsində sinif otağında gərginlik meydana gəlib.

Nəticədə məktəbin dəhlizində tüstü yaranıb və bu səbəbdən uşaqlar arasında qısamüddətli gərginlik yaşanıb. Məktəbdən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olmuş məlumat əsasında hadisə yerinə dərhal 7 təcili yardım briqadası göndərilib.

Hadisə yerində stress və qorxu keçirmiş bir neçə valideyn və şagirdə yerindəcə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri nisbətən ağır olan 14 yaşlı iki şagird isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

Toksikologiya şöbəsinə daxil olmuş hər iki şagirdin vəziyyətləri yüngül qiymətləndirilir. Şagirdlər qısa zaman ərzində evlərinə buraxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti