...

Misir Mərdanov 109 saylı məktəbdə baş vermiş hadisəni təlim-tərbiyə işinin yaxşı olmaması ilə əlaqələndirib

Cəmiyyət Materials 20 Oktyabr 2012 15:18 (UTC +04:00)
Trend-in məlumatına görə, şənbə günü jurnalistlərə açıqlamasında Mərdanov deyib ki, həmin məktəbdə təlim-tərbiyə işi düzgün qurulmadığından və rəhbərliyin öz işini düzgün bilmədiyindən, bu cür neqativ hadisə baş verib
Misir Mərdanov 109 saylı məktəbdə baş vermiş hadisəni təlim-tərbiyə işinin yaxşı olmaması ilə əlaqələndirib

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın təhsil naziri Misir Mərdanov Nizami rayonu ərazisindəki 109 saylı orta məktəbdə baş vermiş hadisəni həmin məktəbdə təlim-tərbiyə işinin yaxşı olmaması ilə əlaqələnidirib.

Trend-in məlumatına görə, şənbə günü jurnalistlərə açıqlamasında Mərdanov deyib ki, həmin məktəbdə təlim-tərbiyə işi düzgün qurulmadığından və rəhbərlik öz işini düzgün bilmədiyindən, bu cür neqativ hadisə baş verib.

Nazirin sözlərinə görə, Azərbaycanda 4500 orta məktəb fəaliyyət göstərir və təəssüf ki, onların hamısında şagirdlərin tərbiyə işi yüksək deyil.

Qeyd edək ki, dünən səhər saatlarında Nizami rayonu ərazisindəki 109 saylı orta məktəbdə şagirdlərin ehtiyatsızlığı səbəbindən fişəngin partlaması nəticəsində sinif otağında gərginlik yaşanıb.

Nəticədə məktəbin dəhlizində tüstü yaranıb və bu səbəbdən uşaqlar arasında qısamüddətli gərginlik yaşanıb. Məktəbdən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olmuş məlumat əsasında hadisə yerinə dərhal 7 təcili yardım briqadası göndərilib.

Hadisə yerində stress və qorxu keçirmiş bir neçə valideyn və şagirdə yerindəcə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri nisbətən ağır olan 14 yaşlı iki şagird isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti