...

Korporativ tədbiri necə tez və keyfiyyətlə təşkil etmək olar?

Cəmiyyət Materials 24 Oktyabr 2012 11:43 (UTC +04:00)
Azərbaycanda daha çox sayda şirkətlərin rəhbərləri korporativ tədbirlərin peşəkar şəkildə hazırlanması və keyfiyyətlə həyata keçirilməsi zərurətini anlayırlar.
Korporativ tədbiri necə tez və keyfiyyətlə təşkil etmək olar?

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Azərbaycanda daha çox sayda şirkətlərin rəhbərləri korporativ tədbirlərin peşəkar şəkildə hazırlanması və keyfiyyətlə həyata keçirilməsi zərurətini anlayırlar. Belə ki, şirkətin imici, tərəfdaşlarla münasibətlərin inkişafı və biznesin aparılmasının uğuru bundan asılıdır. Bununla yanaşı, həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda keçirilən korporativ tədbirlərin sayı artır.

"Meetings-Incentive-Conferences-Events" (MICE) - bu, işgüzar görüşlər, biznes-forumlar, təqdimatlar, həvəsləndirmə səfərləri, konfranslar, konqreslər, təntənəli tədbirlər, korporativ gecələr və digər oxşar tədbirlərdir.

Əgər əvvəllər bu çətin məsələ ilə şirkətlərin rəhbərləri məşğul olurdularsa, indi çoxları riskə getməyərək tədbirlərin təşkilini peşəkarlara etibar edirlər. Sonuncular nəinki bu cür tədbirlərin təşkilində böyük təşkilati təcrübəyə malikdirlər, onlar həmçinin daha cəlbedici qiymətlər təklif edirlər. Belə ki, MICE operatorunda hotellər, restoranlar, sərgilər, aviabiletlər, nəqliyyat və s. üçün xüsusi qiymətlər var.

Yerli şirkətlərin əksəriyyəti bu halda 2005-ci ildən MICE-nin peşəkar operatoru olaraq, təqdimatların, konfransların, treninqlərin, timbildinqlərin (komandaların təşkili) və digər korporativ tədbirlərin keçirilməsi ilə müvəffəqiyyətlə məşğul olan "Victory Tour" şirkətinin mütəxəssislərinə müraciət edirlər.

"Biz müştərinin sorğusunun verildiyi andan tədbirin başa çatmasına qədər bütün təşkilati işləri müstəqil şəkildə həyata keçiririk. Buraya müştərinin tələbatlarının müəyyənləşdirilməsi, ssenarilərin işlənib hazırlanması və təqdim edilməsi, tədbirin özünün təşkili, keyfiyyətə nəzarət edilməsi və onun təmin edilməsi və tədbirdən sonra rəylərin toplanması daxildir. Bütün bunlar bizə tədbirin gedişinə nəzarət etməyə və onu yüksək səviyyədə keçirməyə imkan verir. Ona görə də şirkətin hesabında 10 nəfərdən 400 nəfərə qədər qruplarla onlarla müvəffəqiyyətlə keçirilmiş tədbir var", - Victory Tour-un İşgüzar Turizm və MICE Departamentinin rəisi Sergey Lavrenov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti