...

Azərbaycanda IV Gənclik və Elm Həftəliyi keçiriləcək

Cəmiyyət Materials 24 Oktyabr 2012 14:04 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasından çərşənbə günü Trend-ə verilən məlumata görə, həftəliyin keçirilməsində məqsəd gənclərdə elmi işlərə maraq oyatmaqdır. Bu həftəlik 2006-cı ildən başlayaraq iki ildən bir keçirilir.
Azərbaycanda IV Gənclik və Elm Həftəliyi keçiriləcək

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin noyabr-dekabr aylarında Azərbaycanda IV Gənclik və Elm Həftəliyinin keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Milli Elmlər Akademiyasından çərşənbə günü Trend-ə verilən məlumata görə, həftəliyin keçirilməsində məqsəd gənclərdə elmi işlərə maraq oyatmaqdır. Bu həftəlik 2006-cı ildən başlayaraq iki ildən bir keçirilir.

Tədbir bir həftə davam edir. Bu müddət ərzində müxtəlif elmi konfranslar, simpoziumlar və s. keçirilir. Həftəlik çərçivəsində ali məktəblərin bakalavr və magistratura səviyyəsində təhsil alan məzunlar, gənc alimlər AMEA-ya dəvət olunurlar. Onlar AMEA-nın laboratoriyalarında alimlərin fəaliyyəti ilə tanış olurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti