...

Abşeron rayonunda mağazadakı istehlaka yararsız məhsullar məhv edilib

Cəmiyyət Materials 24 Oktyabr 2012 16:56 (UTC +04:00)
Qanun pozuntusuna yol vermiş təsərrüfat subyekti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görüləcək.
Abşeron rayonunda mağazadakı istehlaka yararsız məhsullar məhv edilib

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Abşeron rayonunda mağazadakı istehlaka yararsız məhsullar məhv edilib. Bu barədə Trend-ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında apardığı növbəti monitorinqlər zamanı Abşeron rayonu, Digah qəsəbəsi, H.Rəhmanov küçəsi, döngə 2, ev 21 ünvanında Üzeyir İsgəndərova məxsus mağazada 21 çeşiddə ümumi çəkisi 53 kq olan saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş təsərrüfat subyekti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti