...

SAM Finlandiyada Cənubi Qafqazda münaqişələr, əməkdaşlıq və inkişafla bağlı müzakirələrə qatılacaq

Cəmiyyət Materials 30 Oktyabr 2012 14:30 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva Finlandiyanın paytaxtı Helsinkidə "Sərhədsiz, Hüdudsuz Cənubi Qafqaz: Münaqişələr, Əməkdaşlıq və İnkişaf" mövzusunda konfransda iştirak edəcək.
SAM Finlandiyada Cənubi Qafqazda münaqişələr, əməkdaşlıq və inkişafla bağlı müzakirələrə qatılacaq

Azərbaycan, Bakı, 30 oktyabr / Trend müxbir M.Əliyev/

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva Finlandiyanın paytaxtı Helsinkidə "Sərhədsiz, Hüdudsuz Cənubi Qafqaz: Münaqişələr, Əməkdaşlıq və İnkişaf" mövzusunda konfransda iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı SAM-dan bildirilib.

Konfrans Wider Europe Initiative (WEI) Təhlükəsizlik Qrupu daxilində Təhlükəsizlik və İnkişaf Tədqiqatının bir hissəsi olaraq Finlandiyanın Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Fin İnkişaf Əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.

Konfransda Azərbaycan, Gürcüstan və Ermənistandan nümayəndələrin iştirakı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti