Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir M.Əliyev /
Xəzəryanı dövlətlərin elmi cəmiyyətləri təkbaşına işləməməli, Xəzərin ekoloji problemlərinin həlli üçün ümumi elmi yanaşmalar hazırlamalıdırlar. Bu barədə Rusiya Elmlər Akademiyasının Geosferin Dinamikası İnstitutunun baş elmi əməkdaşı Boris Qolubov Xəzərin dəniz mühitinin mühafizəsi üzrə Tehran Çərçivə Konvensiyasının qəbul edilməsinin 19-cu ildönümünə həsr olunmuş videokörpü zamanı bildirib.
Onun sözlərinə görə, Tehran Konvensiyası çərçivəsində Xəzərin mühafizəsi məsələlərində yeni vahid siyasəti hazırlamaq, dəniz dibinin vahid monitorinqi sistemini yaratmaq lazımdır.
Telekörpü zamanı Qolubov bildirib ki, zəngin karbohidrogen resursları Xəzərə daha çox neft hasilatı şirkətlərini cəlb edir. O, habelə regionun militarizasiyasının gücləndiyini qeyd edib.