...

Daxili İşlər Nazirliyi işçi axtarır

Cəmiyyət Materials 1 Noyabr 2012 10:34 (UTC +04:00)
DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin rayon polis idarələrində vakant olan yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor vəzifəsinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib.
Daxili İşlər Nazirliyi işçi axtarır

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Daxili İşlər Nazirliyi işçi axtarır.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin rayon polis idarələrində vakant olan yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor vəzifəsinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib. Vakant yerlərin sayı 10-dur.

Müsabiqədə dövlət ali təhsil müəssisələrində dil və ədəbiyyat, tarix, ibtidai sinif müəllimliyi ixtisası üzrə bakalavr pilləsində təhsilini başa çatdırmış, yaşı 30-dan yuxarı olmayan, boyu 165 santimetrdən (qadınlar üçün 160 santimetrdən) yüksək olan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş digər şərtlərə cavab verən, Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatda olan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak üçün vətəndaşlar noyabr ayının 30-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10-dan 17-dək yaşayış yeri üzrə polis idarələrinə müraciət edərək şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diplomun əslini, hərbi bileti (kişilər üçün) və əmək kitabçasını (olanlar üçün) şəxsən təqdim etməlidirlər.

Müsabiqənin şərtləri və keçirilmə qaydası barədə ətraflı məlumat Daxili İşlər Nazirliyinin www.mia.gov.az internet səhifəsində yerləşdirilib. Əlavə məlumat almaq istəyənlər (012) 590-92-21, 590-91-47 və 590-92-54 nömrəli şəhər telefonları vasitəsilə DİN-in Baş Kadrlar İdarəsi ilə əlaqə saxlaya bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti