...

“Təmiz Şəhər” ASC universitetlərdə maarifləndirmə tədbirlərini davam etdirir

Cəmiyyət Materials 1 Noyabr 2012 12:21 (UTC +04:00)
“Təmiz Şəhər” ASC ekoloji təhsilin və yeni sahə olan tullantıların düzgün şəkildə idarəolunmasını təbliğ etmək məqsədilə 2010-cu ildən etibarən Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) ilə əməkdaşlıq edir.
“Təmiz Şəhər” ASC universitetlərdə maarifləndirmə
tədbirlərini davam etdirir

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

"Təmiz Şəhər" ASC ekoloji təhsilin və yeni sahə olan tullantıların düzgün şəkildə idarəolunmasını təbliğ etmək məqsədilə 2010-cu ildən etibarən Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) ilə əməkdaşlıq edir.

ASC-dən Trend-ə verilən məlumata görə, bu əməkdaşlığın davamı olaraq oktyabr ayında ADNA-nın "Dağ-mədən mühəndisliyi" ixtisasında və "Tempus" proqramı çərçivəsində "Ətraf mühit və neft sənayesi" ixtisası üzrə təhsil alan tələbələrinə mühazirələr oxunmuşdur.

"Təmiz Şəhər" ASC-nin Ətraf Mühitin Mühafizəsi şöbəsinin müdiri Sabit Zeyniyev tələbələrə tullantıların idarəolunması sahəsində ətraflı məlumat vermiş və onları maraqlandıran sualları cavablandırmışdır. Mühazirələr gənclər arasında böyük marağa səbəb olmuş və bu cür mühazirələrin davamlı olaraq keçirilməsinin vacibliyini vurğulanmışdır.

Qeyd edək ki, 2012-ci ilin noyabr ayından Azərbaycan Diplomatik Akademiyasının "Yaşıl klubu" ilə birgə Akademiyada, dekabr ayından etibarən isə Bakı Dövlət Universitetinin Ekologiya fakültəsində tələbələr üçün seminarlar keçiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti