...

Azərbaycanda alimlərə maaşların yeni formada verilməsi təklif edilir

Cəmiyyət Materials 12 Noyabr 2012 15:06 (UTC +04:00)
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı Trend-ə bildirib ki, elmi işçilərin əməyinin qiymətləndirilməsində bərabərlik prinsipinə son qoyulmalıdır.
Azərbaycanda alimlərə maaşların yeni formada verilməsi təklif edilir

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda elmi işçilərin əməyinin qiymətləndirilməsi ilə bağlı yeni təklif irəli sürülüb.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı Trend-ə bildirib ki, elmi işçilərin əməyinin qiymətləndirilməsində bərabərlik prinsipinə son qoyulmalıdır.

Elmi işçilərin əməyinin qiymətləndirilməsində bərabərliyin gözlənilməsini sosializm prinsipi sayan millət vəkili hesab edir ki, hər bir alim əməyinin nəticəsinə, ortaya çıxardığı məhsulun dəyərinə görə maaş almalıdır.

Millət vəkilinin sözlərinə görə, belə qiymətləndirmə nəticəsində bu gün bir alim əməyinin nəticəsi yüksək məbləğdə qiymətləndirilə, gələn il isə digər alim yüksək əməkhaqqı ala bilər.

Qasımlı hesab edir ki, bu, Azərbaycan elmində vicdanlı, ədalətli rəqabətin yaranmasına səbəb olar, eyni zamanda, Azərbaycanda elm inkişaf edər.

"Bunun da nəticəsində alimlərin əməyinin qiymətləndirilməsində fərqliliklər əmələ gələ bilər. Bu da alimlər arasında ədalətli, vicdanlı rəqabətin yaranmasına gətirib çıxarar və alimləri stimullaşdırar", - Qasımlı deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti