...

Budapeştdə keçirilən Beynəlxalq Təhsil Sərgisi öz işini başa çatdırıb

Cəmiyyət Materials 13 Noyabr 2012 19:18 (UTC +04:00)
Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, sərginin builki iştirakçıları arasında Azərbaycan Diplomatik Akademiyası da olub. Azərbaycanın bu yeni və nüfuzlu təhsil mərkəzini beynəlxalq miqyaslı tədbirdə ADA əməkdaşı Samirə Ağayeva təmsil edib.
Budapeştdə keçirilən Beynəlxalq Təhsil Sərgisi öz işini başa çatdırıb

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Budapeştdə keçirilən Beynəlxalq Təhsil Sərgisi öz işini başa çatdırıb.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, sərginin builki iştirakçıları arasında Azərbaycan Diplomatik Akademiyası da olub. Azərbaycanın bu yeni və nüfuzlu təhsil mərkəzini beynəlxalq miqyaslı tədbirdə ADA əməkdaşı Samirə Ağayeva təmsil edib. Sərgi çərçivəsində regionun ilk diplomatik akademiyası kimi ADA-nın fəaliyyətinə böyük maraq göstərilib, Ağayevanın Budapeştin ATV kanalına müsahibə verib.

Səfirliyin təşkilatçılığı ilə ölkənin ən böyük tədris müəssisələrindən biri olan Korvinus Universitetində bakalavr və magistrantlardan ibarət auditoriya qarşısında ADA-nın geniş təqdimatı keçirilib. Təqdimat zamanı əvvəlcə Azərbaycan haqqında sənədli film nümayiş etdirilib. Daha sonra ADA-nın bakalavr və magistr pilləsi üzrə təhsil proqramları, təqaüd sistemi, əcnəbi tələbələrin qəbulu, Akademiyanın yeni şəhərciyi və beynəlxalq əlaqələr barədə ətraflı məlumat verilib. ADA-nın artıq bir nəfər macar məzununun olduğu diqqətə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti