...

Azərbaycanda dini məktəblərin yaradılması təklif edilib

Cəmiyyət Materials 14 Noyabr 2012 11:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda dini məktəblər yaradılmalıdır. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru, deputat Aytən Mustafayeva bildirib.

"Azərbaycanda hicab geyinmək hər kəsin öz işidir. Lakin hesab edirəm ki, öz uşaqlarının orta ümumtəhsil məktəbinə hicabda getməsini istəyən valideyinlər onları dini məktəblərə göndərməlidirlər", - Mustafayeva deyib.

Azərbaycanda dini məktəblərin olmaması ilə bağlı sualı cavablandıran deputat qeyd edib ki, gələcəkdə belə məktəblərin yaradılması vacibdir.

Onun sözlərinə görə, hazırda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin vahid geyim forması var və buna əməl olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti