Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda “Azərbaycanın zəngin incilərinə tarixi baxış” adlı sərgi açılıb (FOTO)

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda “Azərbaycanın zəngin incilərinə tarixi baxış” adlı sərgi açılıb (FOTO)

Azərbaycan, Bakı, 15 noyabr /Trend /

Azərbaycan ilə Vatikan arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə noyabrın 14-də Vatikanda "Azərbaycanın zəngin incilərinə tarixi baxış" adlı sərgi açılmışdır.

Azərbaycan ilk müsəlman ölkəsidir ki, Vatikanda mədəni dəyərlərinin nümayiş olunduğu sərgi təşkil edir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə təntənəli açılışı olan sərginin əhəmiyyətini artıran ən mühüm cəhət də məhz bu amillə bağlıdır.

AzərTAc Dövlət İnformasiya Agentliyinin məlumatına görə, sərginin açılışından əvvəl Azərbaycan tərəfdən mərasimdə iştirak edən Baş nazirin müavini Elçin Əfəndiyev ilə Vatikanın mədəniyyət naziri, Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri kardinal Canfranko Ravazinin görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Vatikan arasında əlaqələrin inkişafı, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədə mühüm xidmətlər göstərdiyi bildirilmişdir. Həmçinin son dövrlərdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Vatikanda keçirilən tədbirlərin xoş ənənəyə çevrildiyi vurğulanmışdır. Görüşdə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından ötən 20 il ərzində mühüm əməkdaşlıq əlaqələrinin yaradıldığı diqqətə çatdırılmışdır.

"Azərbaycanın zəngin incilərinə tarixi baxış" adlı sərginin açılışı münasibətilə təşkil olunan mərasimdə çıxış edən Vatikanın mədəniyyət naziri, Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri kardinal Canfranko Ravazi ölkələrimiz arasında yaranan əlaqələrin mədəniyyət və humanitar sahədə daha çox inkişaf etdiyini bildirmişdir. "Biz Azərbaycan ilə əlaqələrimizi uğurlu hesab edirik",-deyən kardinal Ravazi vurğulamışdır ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr bu əməkdaşlığın inkişafında müstəsna xidmətləri ilə seçilir.

Müqəddəs Roma katakombalarının bərpası ilə bağlı Heydər Əliyev Fondunun yardımını xatırladan kardinal Ravazi bunu mədəniyyətlərarası və svilizasiyalararası dialoq platformasının mühüm nümunəsi kimi qiymətləndirmişdir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını mərasim iştirakçılarına çatdıran Baş nazirin müavini Elçin Əfəndiyev ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və keçdiyi inkişaf yolu barədə məlumat vermişdir. Baş nazirin müavini bildirmişdir ki, Azərbaycan əsrlər boyu dini dözümlülüyün, tolerantlığın əsas məkanlarından biri kimi tanınmışdır və bu proses bu gün də davam edir. Qeyd edilmişdir ki, Ermənistan

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir.

"Bu gün açılan sərgi Vatikanda Azərbaycana verilən dəyərin təzahürüdür",-deyən Elçin Əfəndiyev Roma Papası II İohan Pavelin ölkəmizə səfərini xatırlatmışdır. O, qarşlıqlı səfərlərin ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin güclənməsinə mühüm təkan verdiyini bildirmişdir.

Sonra "Azərbaycanın zəngin incilərinə tarixi baxış" sərgisi açılmışdır. Azərbaycan tarixinin və mədəniyyətinin bütün dövrlərinin yüksək səviyyədə təmsil olunduğu sərginin əsas cəhətlərindən biri də ölkəmizin mədəniyyətlərin və svilizasiyaların kəsişmə nöqtəsi kimi təqdim olunması idi. Altı bölmədən ibarət sərgi ilə tanış olan qonaqlara məlumat verilmişdir ki, burada ilk insan məskənlərindən biri - Azərbaycan ərazisində tapılan arxeoloji materiallar nümayiş etdirilir.

Təqdim olunan eksponatların hamısı Azərbaycanın mədəniyyətini və həyat tərzini layiqincə əks etdirir. Müxtəlif sənətkarlıq nümunələrinin - silahların, zinət əşyalarının və qədim misgərlik məmulatlarının nümayiş olunduğu sərgidə UNESCO-nun mədəni irs siyahısına daxil edilmiş Azərbaycan muğam sənətinə və musiqi alətlərimizə də geniş yer ayrılmışdır. Qədim əlyazmalar, müxtəlif dinlərə aid müqəddəs kitablar isə ölkəmizdə tolerantlıq ənənələrinin nə qədər güclü dayaqlara söykəndiyini göstərir.

Azərbaycan xalçaları sərginin ən qiymətli inciləri sırasındadır. Coğrafi mövqeyinə, naxış kompozisiyasına, rənglərin ahənginə və texniki xüsusiyyətlərinə görə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətlərinin təmsil olunduğu bu sərgidəki xalçalar milli və dünyəvi dəyərləri qonaqlara təqdim edir.

Sərgi çərçivəsində Heydər Əliyev Fondunun müxtəlif layihələrini əks etdirən kitablar, bukletlər və digər nəşrlərlə yanaşı, "Azərbaycan" nəşrinin italyan dilində versiyası təqdim olunmuşdur.
"Azərbaycanın zəngin incilərinə tarixi baxış" sərgisi dekabrın 5-dək davam edəcəkdir.

Nurlan İbrahimov Qarabağ klubundakı vəzifəsindən ayrıldı
Nurlan İbrahimov Qarabağ klubundakı vəzifəsindən ayrıldı
"İnter" son 4 ildə ilk dəfə "Yuventusu" məğlub etdi
"İnter" son 4 ildə ilk dəfə "Yuventusu" məğlub etdi
Türkiyə Super Liqası: "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi
Türkiyə Super Liqası: "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi
Loading Bars
Xəbər lenti
İstədim ona deyim ki, mən də səni, qaqa. Amma gözlərim artıq bağlandı... Şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..."
Lənkəranda üçmərtəbəli binada yanğın olub
Şagirdlərin yarım illik nəticələri belə qiymətləndiriləcək - Qaydalar təsdiqləndi
Sorosun oyuncağı Paşinyan Ermənistanı bataqlıqdan çıxara bilmir - İqtisadiyyat çökür, etirazlar isə bitmir
2020-ci ildə qlobal sərnişin daşımaları kəskin azalıb
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
Türkiyədə son sutkada koronavirusdan 7 218 nəfər sağalıb
Mingəçevir Dövlət Universitetində 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş seminar keçirilib
Sumqayıtda fərdi evdə yanğın baş verib
Nazirlik Azərbaycanda internet rabitəsinin genişləndirilməsi işləri barədə
Ermənistanın yalanları dünyanı 20 Yanvar faciəsinin əsl mahiyyətindən yayındırmağa yönəlib - Politoloq
Qarabağda Rusiya və Azərbaycan xilasedicilərinin birgə fəaliyyəti ilə 210 ədəd mina zərərsizləşdirilib (FOTO)
Beynəlxalq Bankın xalis mənfəəti dəfələrlə azalıb
Dübəndi terminalında neft nəqli kəskin şəkildə artıb
Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA
Pambıqçılığın inkişafı ilə bağlı ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib (FOTO)
İşğaldan azad edilmiş torpaqların inkişaf modeli nümunəvi xarakter daşıyacaq - Könül Nurullayeva
BNA-da Vətən müharibəsinin iştirakçısı olan əməkdaşlarla görüş keçirilib
Bakıda yol qəzası tıxaca səbəb olub
“YAŞAT" Fondu tərəfindən daha 3 nəfərin əməliyyatı təmin edilib (FOTO)
İran Qarabağın bərpasında aktiv iştirak etmək niyyətindədir - Nümayəndələr Azərbaycana səfər edəcək
Sovet rəhbərliyi 20 yanvar faciəsini törətməklə Azərbaycan xalqının qürurunu sındırmaq istəyirdi - Arzu Nağıyev (VİDEO)
QMİ sədrinin Dağlıq Qarabağla bağlı müraciətinə Vatikan cavab verib
Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan DİN çavuşu (FOTO)
Kəlbəcər rayonunun Çopurlu kəndi (FOTO/VİDEO)
20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar sosial müdafiə tədbirləri ilə əhatə olunublar
YAP Zəngilan rayon təşkilatında 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
ADU-da 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş seminar keçirilib
Azərbaycana gələn Türkiyə vətəndaşları üçün etibarlı sərhədkeçmə sənədlərinin siyahısı müəyyənləşib
İşğaldan azad olunan əraziləri minalardan təmizləmək üçün Rusiyadan yeni avadanlıqlar gətirildi (FOTO/VİDEO)
Yanvarın 21-nə USD/AZN rəsmi məzənnəsi
Ermənistan vətəndaşları Qarabağdakı zənginlər uğrunda ölməməlidir - Erməni jurnalist
Türkdilli dövlətlər arasında əməkdaşıq perspektivləri müzakirə edilib
Özəlləşdirmə və icarədən dövlət büdcəsinə 71,8 milyon manat daxil olub
Xaçmazda Şəhidlər Xiyabanı yenidən qurulub (FOTO)
Kanada mediasında 20 Yanvar faciəsinə həsr olunmuş məqalə dərc olunub
Azərbaycan - Türkiyə media platforması birgə əməkdaşlığa yeni çalarlar qatacaq - Naqif Həmzəyev
Sabirabadda “Mercedes” yanıb
Aida Mahmudovanın ABŞ-da açılmış sərgisi beynəlxalq media tərəfindən geniş işıqlandırılıb (FOTO)
Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında Yol Xəritəsi imzalanıb
Ötən ilin ən çox istifadə olunan hava limanı məlum oldu
İşğaldan azad edilmiş ərazilərdə nar bağları salınacaq
15 mikrondan çox olan polietilen torbaların pulla satılması təklif edilir
Səhiyyə Nazirliyinin əməkdaşları peyvənd olundu
YAP 2020-ci ilə dair gəlir və xərclərini açıqlayıb
Koronavirusla bağlı nəqliyyat vasitələrində yol verilən nöqsanlar açıqlanıb
Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir (FOTO/VİDEO)
Bağdad Amreyev: Azərbaycan torpaqlarının azad edilməsi bütün türk dünyasının böyük zəfəridir
Nurlan İbrahimov Qarabağ klubundakı vəzifəsindən ayrıldı
2022-ci ildə Şuşanın türk dünyasının mədəni paytaxtı elan olunmasını təklif edirik - Bağdad Amreyev
YAP 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabat verdi
Xəzərə tullantı sularının axıdılması halları xeyli azalıb - Nazirlik rəsmisi
Azərbaycanda köhnə avtomobillərin utilizasiyası proqramı hazırlanıb
Prezident İlham Əliyev: Bu çətin vaxtda mənəvi-siyasi dəstək bizim xalqımız üçün olduqca vacibdir
Tullantıların idarəolunması üçün 8 regional poliqon yaradılacaq - Nazirlik
Azərbaycanın avtomobil parkı kifayət qədər köhnədir - Ekspert
Prezident İlham Əliyev: Şuşa hələ çox beynəlxalq tədbirlər görəcək
Azərbaycan Prezidenti: Zənnimcə, lap yaxın vaxtlarda biz hamımız dirçəldilmiş şəhərləri görəcəyik
Azərbaycan Prezidenti: Türk Şurası müharibə dövründə bizi hamıdan çox dəstəkləyən təşkilatdır
BNA sürücü və sərnişinlərə xəbərdarlıq etdi
“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilib
Prezident İlham Əliyev: Gələcək nəsillər yadda saxlasınlar ki, yalnız öz gücümüzə güvənməliyik
Prezident İlham Əliyev: XX əsrdə belə barbarlıq, şəhərlərin və kəndlərin qəsdən məhv edilməsi görünməyib
Prezident İlham Əliyev: Xarici jurnalistlər Ağdamı “Qafqazın Xirosiması” adlandırıblar
MM Komitəsi azad edilmiş ərazilərdə aqrar sahənin inkişafını qiymətləndirəcək
Dövlət qulluğu üzrə müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat elan edilib
Şəhid ailələrinə və əlillərə birdəfəlik yardım göstərilib
Ombudsman 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
İstedadlı şagirdlər eksternat qaydasında imtahan verib
20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanların ictimai birliklərinin rəhbərləri ilə işçi görüş olub (FOTO)
“Azərsu” vətəndaşlara müraciət edib (FOTO)
Azərbaycanda 949 nəfər COVID-19-dan sağalıb, 305 nəfər yoluxub, 10 nəfər vəfat edib
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yükaşırmanın həcmi artıb
MİDA və YAP Nəsimi Rayon Təşkilatının 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş birgə sosial aksiyası keçirilib (FOTO)
Azərbaycan koronavirusa qalib gələn ilk ölkələr sırasında olacaq - Deputat
İğdır şəhərində 20 Yanvar şəhidləri anılıb (FOTO)
Azərbaycanda iqtisadi artımın yüksək trayektoriyaya keçmək imkanları var - Vüsal Qasımlı
Beynəlxalq Multikulturalizm jurnalı Ali Attestasiya Şurasında qeydiyyata alınıb
Bakı Ali Neft Məktəbində “Qarabağın Təbii Sərvətləri” mövzusunda vebinar keçiriləcək
“Akkord STİK” ASC və “Qazax Sement Zavodu” MMC “Qarabağ Dirçəliş Fondu”na 400 min manat ianə köçürüb
Torpaq sahələrində aqrokimyəvi analizlərin həyata keçirilməsində yeniliklər olacaq
Ötən il özəlləşdirmə və icarədən büdcəyə 72 milyon manat daxil olub
İranda bir gündə 6 minə yaxın şəxs koronavirusa yoluxub, 87 nəfər ölüb
Bakı Slavyan Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (FOTO)
Dövlət Vergi Xidməti əməkdaşlarının məqaləsi beynəlxalq nəşriyyatda çap olunub
Aİİ-də 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
“Zəfər yolu” sentyabr ayınadək asfaltlanaraq istifadəyə veriləcək (FOTO)
Şəhidlər Xiyabanına vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN
Hirkan Milli Parkındakı yanğın nəticəsində dəyən zərər hesablanır - Xidmət rəisi
Ombudsman 20 Yanvar abidə kompleksini ziyarət edib (FOTO)
Məktəblərin açılması xəbərlərinə Təhsil nazirliyindən cavab
Ötən il Mətbuat Şurasına göndərilən şikayətlərin sayı açıqlanıb
Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edilir - Fərman
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Aİ ölkələrində yeni avtomobil satışı rekord həddə azalıb
Ermənilərin meşə fonduna, təbii sərvətlərə vurduğu ziyan hesablanır - Nazir müavini (FOTO/VİDEO)
Azərbaycanda yeni qızıl-mis yatağı kəşf edilib (ƏLAVƏ OLUNUB)
Türkiyə Azərbaycanla Preferensial ticarət sazişini ratifikasiya edib
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi
Azərbaycan əhalisi benzinə və dizelə 2 milyard manatdan artıq vəsait xərcləyib
Bütün xəbərlər