...

CAR-ın dövlət rəsmiləri Bakı Ali Neft Məktəbində olublar (FOTO)

Cəmiyyət Materials 15 Noyabr 2012 11:28 (UTC +04:00)
CAR-ın dövlət rəsmiləri Bakı Ali Neft Məktəbində olublar
CAR-ın dövlət rəsmiləri Bakı Ali Neft Məktəbində olublar (FOTO)

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Cənubi Afrika Respublikasının milli neft şirkəti " PetroSa"-nın icraçı direktoru Nosizve Nokve, CAR-ın Enerji Nazirliyinin direktor müavini Tsetiso Maqubela,CAR-ın Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə Beynəlxalq Əməkdaşlıq İdarəsinin direktoru Novetu Luti, CAR-ınTürkiyədə, həmçinin Azərbaycanda akreditə olunmuş səfirinin müşaviri Soraya Cakobs və Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Bakı Ali Neft Məktəbində olmuşlar.

BANM-dən Trend-ə verilən məlumata görə, qonaqları qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin son illər keçdiyi inkişaf yolundan danışmış, şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi layihələr barədə ətraflı söz açmışdır. O, Bakı Ali Neft Məktəbinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə Azərbaycan Dövlət Neft Şirkətinin strukturunda dövlət müəssisəsi statusunda yaradıldığını qeyd etmişdir.

Bakı Ali Neft Məktəbinin yaradılmasında əsas məqsəd Azərbaycanda beynəlxalq standartlara uyğun, ən müasir tədris planları və texnologiyaları əsasında qurulan təhsil prosesini təşkil etmək, sənayenin müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərə yaranan ehtiyacı ödəmək, ARDNŞ-nin Azərbaycanda və ölkə hüdudlarından kənarda genişlənən fəaliyyətini nəzərə alaraq, müasir biliklərə yiyələnən, ingilis dilli mühəndis kadrları hazırlamaq olduğunu qeyd etmişdir.
Qonaqlar qısa vaxt ərzində Bakı Ali Neft Məktəbinin əldə etdiyi naliyyətləri yüksək qiymətləndirdiklərini qeyd edərək , onunla müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə və CAR-ın tanınımış Pritoria Universiteti və digər texniki ali məktəbləri ilə əlaqələr qurulması üçün gərəkən dəstəyi verməyə hazır olduqlarını bildirmişlər.

Görüşün sonunda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqlara Bakı Ali Neft Məktəbinin adından hədiyə vermiş və xatirə şəkili çəkdirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti