...

AMEA: Qonşu dövlətlər də "Metsamor" AES-lə bağlı mövqelərini beynəlxalq ictimaiyyətə bildirməlidirlər

Cəmiyyət Materials 21 Noyabr 2012 12:39 (UTC +04:00)
Ermənistandakı "Metsamor" atom elektrik stansiyasının fəaliyyətinin region üçün təhlükəli olması barədə qonşu dövlətlər də öz təhlükəsizlikləri nöqteyi-nəzərindən çıxış etməli və mövqelərini beynəlxalq ictimaiyyətə təqdim etməlidirlər.
AMEA: Qonşu dövlətlər də "Metsamor" AES-lə bağlı mövqelərini beynəlxalq ictimaiyyətə bildirməlidirlər

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Ermənistandakı "Metsamor" atom elektrik stansiyasının fəaliyyətinin region üçün təhlükəli olması barədə qonşu dövlətlər də öz təhlükəsizlikləri nöqteyi-nəzərindən çıxış etməli və mövqelərini beynəlxalq ictimaiyyətə təqdim etməlidirlər. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov çərşənbə günü jurnalistlərə deyib.

Onun sözlərinə görə, Azərbaycan "Metsamor" AES-in region üçün təhlükə mənbəyi olduğunu dəfələrlə bildirib. Ancaq Ermənistan belə fikirlərin səslənməsinə baxmayaraq, stansiyanın fəaliyyətinin dayandırılması üçün heç bir addım atmaq istəmir.

Qəribov deyib ki, Ermənistan "Metsamor" AES-i strateji məqsədlər güdərək saxlamaq niyyətindir. Bu reaktorun olması Ermənistanın nüvə ölkəsi statusunu saxlamağa imkan verir.

İnstitut direktoru bildirib ki, Ermənistan enerji təminatının "Metsamor"dan asılı olduğunu bildirsə də, əslində, həmin ölkə İrandan aldığı qazla enerji təhlükəsizliyini təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti