...

Rumıniyanın Əmək və Sosial Müdafiə Nazirliyi ilə Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi arasında saziş imzalanıb

Cəmiyyət Materials 23 Noyabr 2012 20:38 (UTC +04:00)
Noyabrın 22-də Rumıniyanın Əmək, Ailə və Sosial Müdafiə Nazirliyi ilə Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
Rumıniyanın Əmək və Sosial Müdafiə Nazirliyi ilə Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi arasında saziş imzalanıb

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

Noyabrın 22-də Rumıniyanın Əmək, Ailə və Sosial Müdafiə Nazirliyi ilə Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Tədbirdə əmək, ailə və sosial müdafiə naziri xanım Mariana Kampeanu, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev, nazirliyin müşaviri Denisa Patraşku, nazirliyin tərkibində olan Əlillər və Uşaqların Müdafiəsi Departamentinin rəisi Anca Negoie, Azərbaycanın Rumıniyadakı səfirliyinin 3-cü katibi Anar Şükürov, habelə Rumıniya dövlət KİV-lərinin nümayəndələri iştirak ediblər.

İqbal Hacıyev Rumıniyada Heydər Əliyev Fondunun fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib və yeni imzalanmış əməkdaşlıq sazişinin Rumıniyada humanitar layihələrin həyata keçirilməsi üçün böyük dəstək olmasını vurğulayıb. Kampeanu Heydər Əliyev Fondunun Rumıniyadakı fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib. O, yeni imzalanmış sazişin iki xalq arasında olan dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb.

Tədbirin sonunda Kampeanuya Heydər Əliyev Fondu tərəfindən hazırlanmış suvenirlər təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti