...

Dövlət vergi orqanlarında işləmək istəyən namizədlər üçün test toplusu çap olunub

Cəmiyyət Materials 26 Noyabr 2012 13:06 (UTC +04:00)
Dövlət vergi orqanlarında işləmək istəyən namizədlər üçün test toplusu çap olunub.
Dövlət vergi orqanlarında işləmək istəyən namizədlər üçün test toplusu çap olunub

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Dövlət vergi orqanlarında işləmək istəyən namizədlər üçün test toplusu çap olunub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Vergilər Nazirliyi ilə birgə bu il dekabrın 2-də "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında" əsasnaməyə müvafiq olaraq, vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirilir. Namizədlərin imtahana hazırlaşmalarına kömək məqsədilə Vеrgilər Nаzirliyi tərəfindən 1964 suаldаn ibаrət tеst toplusu çap olunaraq namizədlərin istifadəsinə verilib.

İmtаhаndа nаmizədlərə müvafiq sаhə bilikləri üzrə (hüquq və ixtisas) təqdim оlunаcаq 80 suаl məhz həmin suаl bаnkındаn sеçiləcək.

Suallar Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Nazirlər Kabinetinin qərarları, Vergilər Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Prosessual Məcəllə, Mülki Məcəllə, Cinayət Məcəlləsi və Cinayət Prosessual Məcəlləsi və digər qanunvericilik aktlarını əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti