...

Azərbaycanda axtarışda olan 1700-dən çox şəxs tutulub

Cəmiyyət Materials 27 Noyabr 2012 19:47 (UTC +04:00)
Azərbaycanda ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı işinin göstəriciləri daha da yaxşılaşaraq 58 faizdən 60,4 faizədək yüksəlib.
Azərbaycanda axtarışda olan 1700-dən çox şəxs tutulub

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Azərbaycanda ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı işinin göstəriciləri daha da yaxşılaşaraq 58 faizdən 60,4 faizədək yüksəlib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski DİN-in Kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, axtarılanların ümumi sayı 2,2 faiz, axtarışda qalanların sayı isə 7,8 faiz azalıb.

"Axtarışda olan 1740 şəxs tutulub, MDB ölkələrinin hüquq-mühafizə orqanları tərəfindən axtarılan 166 nəfərin yeri müəyyən edilib", - Şəkinski deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti