...

Geologiya İnstitutunda baza kafedrası yaradılıb

Cəmiyyət Materials 28 Noyabr 2012 17:53 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunda "Neft-qazın geologiyası" adlı baza kafedrası yaradılıb.
Geologiya İnstitutunda baza kafedrası yaradılıb

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunda "Neft-qazın geologiyası" adlı baza kafedrası yaradılıb.

Geologiya İnstitutunun mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, kafedra Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) ilə bağlanmış müqaviləsi əsasında yaradılıb. Kafedrada geologiya mühəndisliyi ixtisasının tədris planına uyğun bakalavriat və magistratura səviyyəsində elmi-tədqiqat işləri aparılacaq. Dərslər Geologiya İnstitutunun alimləri tərəfindən keçiriləcək.

AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadənin sözlərinə görə, baza kafedrası gənc mütəxəssislərin yetişdirilməsi və neft-qaz geologiyası elminin inkişafı məqsədi ilə təşkil olunub. Burada ADNA-nın doktorantları da təhsil ala biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti